Əlaqə Arxiv
news Image
2015.08.13
14:02
| A A A
Teleaparıcıdan ikinci dəfə ailə quran həmkarını qınayanlara sərt sözlər...

Teleaparıcı Aytən Səfərova  sosial şəbəkədəki hesabında "ANS"in keçmiş aparıcısı Gülnarə Məmmədovanın ikinci dəfə ailə qurmasının birmənalı qarşılanmamasına münasibət bildirib. Movqe.az-ın məlumatına görə, A. səfərova həmkarının ikici dəfə ailə qurmasını təhqir edənləri sərt tənqid edib: "Bir xanım teleaparıcı həmkarım ikinci dəfə ailə qurmağa hazırlaşır. Allah xoşbəxt etsin, oğullu-qızlı olsun, layiqdir. Bu xanımın xınayaxdı mərasimi olub və o mərasimdən şəkillər paylaşıb. Bir sıra agentliklərdə bu haqda yayımlanan xəbərlərin altında yazılan şərhlər məni məyus etdi. Cəmiyyətdə nə qədər murdar, çirkin, xain, xislətli məxluqatlar var imiş. Birinci dəfə evliliyi alınmayan qadının sevincinə şərik olmaq əvəzinə ağızlarına gələni yazırlar. "Utanmır xınayaxdı edir", "Kül başına, niyə başına qırmızı yaylıq atıb, məgər qızdır?", "Əvvəllər qadınlar ikinci dəfə ərə getməyə utanardı", "Şorla yağın fərqi qalmayıb" və s. kimi şərhlər yazılıb. Ən acınacaqlısı odur ki, bunları qadınlar yazır. Kimin neçənci dəfə ərə getməsindən sizə nə?


Siz kimsiz, ay kaftarlar, oturub insanı çamura batırırsız? Bir özünüzə baxın. Bəlkə də ərləriniz artıq iyrənir, üzünüzə baxmır. Bu qədər murdarlıq olar? Paxıllıqdan bağrınız çatlayır. Sizə görə qara çuxa geyib evin küncündə oturmalıdır?


Dindirəndə hamı dindən, Allahdan, hədislərdən danışıb, gözlərinin qorasını axıdır.  Xanım Xədicədən artıqsız? Namusu pərdə ilə ölçən, gerizəkalılar.  Hamınız bala böyüdürsünüz. Heç kimi mühakimə etməyin ki, sabah qızınız və ya oğlunuz bədbəxt olmasın. Bir az insanlığınız olsun.  Başqasının xoşbəxtliyinə xainlik etməyin. Heç kəs ikinci şansdan məhrum olmamalıdır". 

Sizin Reklam Yeriniz