Əlaqə Arxiv
news Image
2015.08.13
17:29
| A A A
"Liposaksiya etdirmək istəyirəm" - Zümrüd
Aparıcı-aktrisa Zümrüd Qasımova son günlər sosial şəbəkədə yayılan və müzakirəyə səbəb olan fotosundan bəhs edib.

Movqe.az-ın məlumatına görə, Axşam.az-a açıqlama verən aktrisa onun fotoşop olduğunu bildirib:


"İnsanların reaksiyasını bilmək istəyirdim ki, görüm, plastik əməliyyat etdirsəm necə reaksiya verərlər. Üzümdə heç bir estetik müdaxilə olunmayıb. Heç vaxt etdirmərəm. Amma bədənimdə iki plastik müdaxilə olunmalıdır. Biri liposaksiyadır. Digəri isə xərçəng xəstəliyindən əziyyət çəkdiyim üçün baş verən bəzi problemlərlə əlaqədardır. Bu istəkdən yox, zərurətdəndir. Uzun müddətdir planlaşdırıram. Amma bıçaq altına girməkdən qorxduğum üçün uzanır".


Z.Qasımova yeni mövsümdəki planlarından da danışıb:


"Bu yay hələ ki dincələ bilməmişəm. Həyat yoldaşım işdən icazə alan kimi istirahətə yollanacağıq. Bilirsiniz ki, mən iki kanalda çalışıram: "Kanal S" və "Xəzər TV". Yeni bir təklif də almışam. Avqustun sonunda "Yeri gəlmişkən" verilişinin yeni mövsümdə olub-olmayacağı dəqiqləşəcək. Ondan sonra qərar verəcəm. Öz layihəm də var. Çox maraqlıdır. Bənzəri Rusiyada yayımlanlır. Bəlkə onu da reallaşdırdım".



Sizin Reklam Yeriniz