Əlaqə Arxiv
news Image
2015.08.17
22:00
| A A A
İlhamə Quliyevanın ad günüdür - foto
Bu gün xalq artisti İlhamə Quliyevanın ad günüdür.




Movqe.az-ın məlumatına görə, müğənni 1943-cü ildə Bakı şəhərində anadan olub.1964-cü ildə Azərbaycan Dövlət Universitetini bitirib. 1965-1970-ci illərdə Azərbaycan Dövlət Teleradio Verilişləri Şirkəti Estrada Orkestrinin, 1970-1980-ci illərdə Azərbaycan Dövlət Filarmoniyasının solisti olub. 1980-ci ildən Azərbaycan Dövlət Qastrol-Konsert Birliyinin ("Azkonsert") solistidir. Repertuarına Azərbaycan və xarici ölkə bəstəkarlarının əsərləri daxildir. Bir sıra xarici ölkələrdə (İngiltərə, İspaniya, Danimarka, Türkiyə, Almaniya və s.) qastrolda olub.


Müğənni Tükəzban İsmayılovanın qızıdır. İ.Quliyevanın Orxan adlı oğlu, Ruslan adlı nəvəsi var.

Sizin Reklam Yeriniz