Əlaqə Arxiv
news Image
2015.08.19
16:40
| A A A
"Mənim üçün sevgi yoxdur" - Elməddindən etiraf
Aktyor Elməddin Cəfərov sevgidən bəhs edib.

Movqe.az-ın məlumatına görə, aktyor "Yeri gəlmişkən" verilişində heç kimi sevmədiyini etiraf edib:


"Mənim üçün sevgi yoxdur. İnsanı çox istəmək var. İnsan yalnız Allaha aşiq ola bilər. Sevgi insanda pərəstiş yaradır, o olmayanda həyat bitir. Mən isə yalnız Allahıma pərəstiş edirəm. Yoldaşını, hansısa xanımı, doğmalarını çox istəməlisən. Ana övladına verdiyi süd, atanın ailəsinə gətirdiyi pul istəkdəndir, qarşılıq güdülmür. Qadınla kişi arasındakı sevgi tamamlanmaqdır. İnsan yarını tapır, bütov olur, bu da istəkdir. Mən də tamamlanmış insanam. Öz yarımı tapmışam".


E.Cəfərov yaşlanmaqdan da şikayətlənib:


"Bu il ilk dəfə hiss etdim ki, gəncliyim bitib. Saat 8 olan kimi evə gəlirəm. İşim bitəndən sonra gedib dostlarla haradasa oturub çay içmirəm. Şəhərdə gəzmək istəmirəm. Gecə saat birə kimi küçədə maşın sürmürəm. Aktivliyim, gəncliyim, çılğınlığım ölüb. Heç ailəmlə də vaxt keçirmirəm. Evə gedib, oturub telefonla futbola baxıram".


Sizin Reklam Yeriniz