Əlaqə Arxiv
news Image
2015.08.22
15:50
| A A A
Yayın konserti baş tutdu - fotolar
Dünən xalq artisti Aygün Kazımovanın "Ayrılarmı könül candan" adlı solo konserti baş tutub.

Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, "Mambo" istirahət mərkəzində keçirilən gecədə ifaçı repertuarında son illər hit olan mahnıları səsləndirib. "Coffe from Columbia" ilə açılış edən Aygün ardıyca "Şou nömrə 1", "Gəl bax gör", "Mən sənsiz" və başqa sevilən mahnılarını oxuyub. 


Müğənninin keçmiş mahnılarından "Bir söz yetər", "Badə nə badə", "Kişilər"in oxunması isə tamaşaçılar üçün sürpriz olub. Tamaşaçıların qarşısına transparan geyimdə və şortikdə çıxan xalq artisti tünd saçlarını açıq rəngə boyayaraq daha uzun və düz edib. A.Kazımova konsert boyu səhnədə yerli və əcnəbi rəqqaslarla şou göstərib. Onun rəqsləri izləyciləri də yerindən qalxaraq rəqs etməyə məcbur edib. 


Yayın son hitlərindən olan "Bir parça keks"in səsləndirilməsindən əvvəl isə tamaşaçılara uduşlu kekslər paylanılıb. Konsertin Avropa Oyunlarında qalib olmuş idmançılarımıza həsr olunmasını qeyd edən Aygün yarışların ölkə üçün əhəmiyyətindən də danışıb. 


Fanatları da A.Kazımova üçün sürpriz hazırlayıblar. Onlar formal da olsa, sevilən müğənniyə "Əsrin sənətkarı" diplomunu təqdim ediblər. Gecə xalq artistinin ifasında "Azərbaycan" mahnısının yeni aranjimanının səsləndirilməsi və atəşfəşanlıqla bitib. Aygün Kazımovanı dinləyənlər arasında yerli şou-biznesin nümayəndələri də olub. 


Gecənin təşkilatçısı Nahid Emiloğludur.

 




Sizin Reklam Yeriniz