Əlaqə Arxiv
news Image
2015.08.25
23:30
| A A A
"İtirilmiş sevgini yenidən qazanmaq olmaz" - Günel
Türkiyədə yaşayan azərbaycanlı müğənni Azəri Günel Zeynalova maraqlı açıqlama verib.

Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənəçi bundan sonra həyatında ciddi dəyişikliklər edəcəyini bildirib:


"Bu gündən etibarən hər bir kəsə haqqımı halal edirəm. Həyatımda yeni bir səhifə açıram. Özümdə bilmirəm, amma çox həyəcanlıyam. Bilmədən qəlbinə dəydiyim insanlar - başda ailəm, dostların, tanışlarım və sevdiklərim olmaqla hər kəs məni bağışlasın. Bundan sonra hər şey daha yaxşı olacaq. Həyat davam edir. Yaşamaqdan həzz alın, ürəyinizi təmiz tutun, mənfəət güdmədən iş görün. Bu günə kimi hər şeyi qarşılıq güdmədən etdim, heç də peşman deyiləm. İnanın mənə xeyrini görəcəksiniz. Allaha hər gün şükr və dua etdim. Hər şey film kimi keçdi, gördüm. Keçirdiyim hislərdə heç bir zaman yanılmadım. Mən böyüdüm, yaşadığımız hadisələr insanı dəyişir. Amma bəzi insanlar yalnışlıqlar içində dünyaya gəlir. Onlar heç bir zaman qalib gələ bilməzlər. İtirilmiş güvən və sevgini yenidən qazana bilməzlər. Hər bir səhv bağışlanandır, amma təkrara yol verilə bilməz. Önəmli qərarlarım var və onun önünə heç kim keçə bilməz. Allah hamının yolunu açıq etsin, içi mən qarışıq. Sevin, sevilin. Heç kimin haqqına girməyin".

Sizin Reklam Yeriniz