Əlaqə Arxiv
news Image
2012.10.04
14:29
| A A A
Rihanna bu gün Bakıya gəlir
Dünya şöhrətli estrada ulduzu Rihanna bu gün Bakıya gələcək.

Müğənninin Bakı konsertinin təşkilatçısı "Omnikomo Music Group"un PR və marketinq şöbəsinin müdiri Zaur Darabzadənin APA-ya verdiyi məlumata görə, müğənni Bakıya xüsusi reyslə gələcək.

Z.Darabzadə bildirib ki, artıq Rihannanın 80 nəfərlik komandası Bakıdadır. Müğənni sabah "Baku Crystal Hall"da ilk məşqini keçirəcək. Səfər çərçivəsində sənətçinin paytaxt Bakı ilə tanışlığı da nəzərdə tutulur.

Qeyd edək ki, Rihanna oktyabrın 6-da "Baku Crystal Hall"da çıxış etməklə Bakıda ilk solo-konsertini verəcək.
 
Sizin Reklam Yeriniz