Əlaqə Arxiv
news Image
2015.08.30
00:30
| A A A
Xalq artisti ağladı: "Övladım olmadı"
Xalq artisti Firəngiz Mütəllimova “ATV Maqazin” kamerası qarşısında ağlayıb.

Movqe.az-ın məlumatına görə, aktrisa şəxsi həyatından bəhs edib:


"Əgər sənətə qurban verməsəydim, bu gün öz ailəm olardı. Amma mənim gözəl bacılarım, onların övladları varımdı. Valideynlərim çox sağ olsun ki, bizi belə mehriban böyüdüb, bir-birimizə bağlıyıq. Ailə qurdum. Allah qismət etsəydi övladım olardı. Amma olmadı. Güllərlə-çiçəklərlə gəzən, "bəxtəvərdi" deyilən sənətkar evinə gəlib, işığını özü yandırır. Qaranlıq otağına girir. Bunu tamaşaçı bilmir. Öz həyatımdan kitab yazıram. Uşaqlığımdan bu yana kimi hər şey orada var. Mən həyatda olmayanda işıq üzü görəcək".


Sizin Reklam Yeriniz