Əlaqə Arxiv
news Image
2015.08.31
00:00
| A A A
Tatlısəsdən oğluna xəbərdarlıq
Müğənni İbrahim Tatlısəs oğlu İdoya bədənindəki döymələr səbəbindən xəbərdarlıq edib.

Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı döyməyə olan sevgisi ilə tanınan və tatularının sayı 35-ə çatan oğluna bundan sonra bu vərdişindən əl çəkməyi tapşırıb. İdo isə bundan maraqlı çıxış yolu tapıb.


O, İnstaqram səhifəsində yazıb:


"Atama söz verdim, amma döymə etdirmədən dayana bilmirəm. Belə bir çarə tapdım: artıq köhnələrin üstündən etdirirəm".


Qeyd edək ki, İdo bu yaxınlarda etdirdiyi "Türk" döyməsi ilə gündəmə çevrilmişdi.

Sizin Reklam Yeriniz