Əlaqə Arxiv
news Image
2015.08.31
14:28
| A A A
"Qızlar mənə belə deyəndə xoşuma gəlir" - Zamiq
Müğənni Zamiq Hüseynov idman zalında məşq edərkən kameralara tuş gəlib.

Movqe.az-ın məlumatına görə, "Onlar"a açıqlama verən sənətçi formada qalmağından danışıb:


"Bədən quruluşumu formaya salmaq üçün  heç bir dərman qəbul etmirəm. Sənət dostlarım çox vaxt baxıb, deyir ki, "Zamiqə baxın, necə formadadır". Bu mənim xoşuma gəlir. Neçə illərdir pəhrizdəyəm. Nə siqaret çəkirəm, nə də gecə həyatım var. 26-yaşıma kimi gecələr səhərə yaxın evə gəlirdim. Artıq 6 ildir o hala son qoymuşam. İstəyirəm yaxşı görünüm. Xanımlar mənə baxanda desin ki, "A nə qəşəng görünür". Bu hal hamıda var. Özümə baxanda, qəşəng görünməsəm, evdən bayıra çıxmıram. Əgər tədbirə gələndə güzgüdə özümdən xoşum gəlmirsə, evə qayıdıram. Paltarımı dəyişib, təzədən məclisə gəlirəm. 75 kiloqramam. Məktəbdə sinfin ən güclü və irəlidə gedəni mən olmuşam".


Sizin Reklam Yeriniz