Əlaqə Arxiv
news Image
2015.08.31
23:00
| A A A
"Hər müğənniyə mahnı vermək olmur"
“Bütün bəstəkarlarımızı bəyənirəm, ayrıseçkilik etmirəm. Hər bəstəkarın öz iç dünyası var. Onların yaratdığı əsərə “pis” demək olmaz. Ən çox Eldar Mansurovun bəstələrinə qulaq asıram. Onun gözəl kompazisiyaları

Movqe.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında bəstəkar Sevinc Tofiqqızı deyib. 


"Mahnılarımı kiməsə məcbur verməyi xoşlamıram. Hər ifaçının öz tərzi var. Hamı eyni stildə oxumur. Günün nəbzini tuturam. Heç kimə demərəm ki, bəstəmi oxuyun. Tək arzum Flora Kərimova üçün mahnı yazmaq idi. Onu da etdim. Üç mahnı yazdım, hamısını da bəyəndi".


S.Tofiqqızı müğənnilərin bəstəkarlıq etməsinə münasibət bildirib:


"İndi bəstəkarlar aktrisalıq edir, müğənnilər bəstəkarlıq. Düzü, buna pis baxmıram. Bəstəkar olmaq üçün istedad vacibdir. Amma bu bir vergidir. Bu istedad insana Allah tərəfindən verilir. Oturub plan qurub, mahnı yazmaq olmur. Bədahətən gəlir, özündən asılı olmayaraq yazırsan".


Bəstəkar mahnı verdiyi ifaçılardan da danışıb:


"Bəzən elə olub ki, mahnı vermişəm, bir dəfə oxuyub, sonra itib-batıb. Belə halları xoşlamıram. Bəstələrimin radioda, efirlərdə səsləndiyini görmək mənə xoşbəxtlik verir. Kiməsə mahnı verəndə, studiyaya özüm də girirəm. Əgər bəstə onun səsinə uyğun gəlmirsə, elə həmin an oxumasına icazə vermirəm. Hər müğənniyə mahnı vermək olmur. Gərək səsi, istedadı olmalıdır. Başdansovdu edəndə sənət ölür".


Gənc bəstəkarlardan söz açan S.Tofiqqızı "Kiməsə yol göstərmək pis iş deyil. Mən gənc bəstəkarları sındırmıram. Kömək istəyəni geri çevirmirəm. Çünki vaxtilə mənə də Rühəngiz Qasımova dəstək olub" deyə, əlavə edib.

Sizin Reklam Yeriniz