Əlaqə Arxiv
news Image
2015.09.02
18:48
| A A A
Ayan Babakişiyevanın yeni sevdası
Müğənni Ayan Babakişiyeva özünü aktrisa kimi sınamaq istəyir.

Movqe.az xəbər verir ki, Axşam.az-a açıqlama verən sənətçi hətta rejissorlardan filmə çəkilmək təklifi aldığını da bildirib:


"Düşünürəm ki, artıq bu sahədə də özümü sınamağın vaxtıdır. Bir dəfə təklif aldım. Amma ssenari mənə uyğun deyildi, imtina etdim. Gərək o ssenarinin içində özümü tapım. Bir də rejissora əmin olmalıyam ki, keyfiyyətli iş təqdim edəcək. Mən mələk, gözəl insan obrazı axtarmıram. Fərqli, çətin rolları da canlandıraram. Bir də komediya mənlik deyil. Dramatik obraz sevirəm. Baxmayaraq ki, mənim gözəl parodiya qabiliyyətim var. Boş-boş zarafatın olduğu iş istəmirəm. Öz aktrisalıq qabiliyyətimə çox güvənirəm. Çünki mənim kliplərimin əksəriyyəti qısa film olub. Hətta o vaxt Aqil M.Quliyev mənə klip çəkəndə demişdi ki, "Sən əsl aktrisasan. Elə bildim balaca qızdan heç nə alınmayacaq. Amma rolunun öhdəsindən gəlməyi bacardın". Bu yaxınlarda Kənan M.M.-in "Gecə qonağı" adlı filminin reklam çarxını gördüm. Çox təsirli idi. O cür film olsa, çəkilərəm".


Sizin Reklam Yeriniz