Əlaqə Arxiv
news Image
2015.09.03
23:00
| A A A
"İlqar da, mən də ATV-dəyik"

Bu gün mətbuatda "İlqar Mikayıloğlu ATV-dən uzaqlaşdırıldı" başlıqla yazılar gedib. Məsələni dəqiqləşdirmək üçün ATV kanalının aparıcısı, İlqar Mikayıloğlunun həyat yoldaşı Zülfiyyə Bayramova ilə əlaqə saxladıq. Zülfiyyə xanım açıqlamasında xəbəri təkzib etdi. O hal-hazırda ATV-də olduğunu və yeni layihələri üçün həyat yoldaşı ilə birlikdə çalışdığını qeyd etdi: "Yalan məlumatdı. İlqar da, mən də ATV-dəyik. Bizim üçün narahat olan insanlara demək istəyirəm ki, İlqarın və mənim verilişim barədə ətraflı məlumatı tezliklə ATV.az-da oxuya biləcəklər". 

Sizin Reklam Yeriniz