Əlaqə Arxiv
news Image
2015.09.08
20:30
| A A A
"Qan içində idim, mənə kömək etmədi"
Dj Çingiz Mustafayev və anası Zöhrə xanım “Günə baxan” verilişinin qonağı olub.

Movqe.az-ın məlumatına görə, övladının bu yaxınlarda keçirdiyi avtomobil qəzasından danışan Zöhrə xanım bunları deyib:


"Mənim ondan başqa heç kimim yoxdur. Oğluma öz gözüm dəydi. Həmişə deyirdim ki, Allah hamıya Çingiz kimi övlad versin. Oğlum əsəbidir. Avtomobil qəzasından sonra stress keçirib. Bir az özünə gəlsin, Məhərrəmlikdən sonra toyunu etməyi düşünürük".


Keçirdiyi avtomobil qəzasından söz açan dicey "Qəza vaxtı bütün diceylərdən kömək gördüm. Hamı mənə yardım etdi. Sadəcə, qonşu kanallardan birində çalışan, adını çəkmək istəmədiyim həmkarımdan başqa. Ona heç həmkar, rəqib də deyə bilmərəm. Qəza gecə saat 4-də Sahil metrostansiyasının yaxınlığında olmuşdu. Qolumdan qan axırdı, halım pis idi. Həmin an o dicey gəlib kənardan baxıb, yaxın durmadı. O vəziyyətdə mənə kömək etmədi. İnsanlıq harda qalıb? Düşmən də o anda kömək edərdi" deyə əlavə edib.

Sizin Reklam Yeriniz