Əlaqə Arxiv
news Image
2015.09.09
18:31
| A A A
"Evimi banka girov qoyub, pul götürmüşəm" - Elza
Əməkdar artist Elza Seyidcahan “Hər şey daxil” verilişinin qonağı olub.

Movqe.az-ın məlumatına görə, müğənni "Qızınızın toyunda borca düşdünüz" sualına belə cavab verib:


"Təki insanların pul problemi balalarının xeyir işində olsun. Bu günə kimi bir çox böyük layihələrə imza atmışam. Hətta elə vaxt olub ki, müsabiqəyə göndəriblər, amma xərcini ödəməyiblər. Mən də qarşıma məqsəd qoymuşam ki, gedəcəm və qalib qayıdacam. Gedib evimi banka girov qoyub, kreditə pul götürmüşəm. Həmin müsabiqədən mükafatla qayıtmışam. Çox layihəmi gerçəkləşdirəndə borc pul götürmüşəm və ödəmişəm. Qızımın toyu da mənim layihələrimdən biri idi. Məclisə gözəl dostlarım qatıldı. Onlar olan yerdə borc mümkündür? Sənət adamlarının borcunun olması eyib deyil. Təki yaxşılıq borcum qalmasın. Mənim Allah qarşısında borcum var. Namaz qılmıram. Amma həmişə arzum olub ki, namaz qılım".



Sizin Reklam Yeriniz