Əlaqə Arxiv
news Image
2015.09.16
12:27
| A A A
"Daha adımı onunla çəkməyin" - Günaydan boşanması haqda son açıqlama
Dörd il əvvəl türkiyəli aktyor Tolqa Karellə ailə quran azərbaycanlı model Günay Musayeva bu gün rəsmi şəkildə boşandığını açıqlayıb.

Movqe.az-ın məlumatına görə, uzun müddətdir davam edən boşanma prosesinin detalları haqda məlumat verən Günay bəzi məsələlərə aydınlıq gətirib. O, sosial şəbəkədə özünün və vəkilinin adından media nümayəndələri və ictimaiyyət üçün açıqlama yayıb.


Açıqlamada deyilir:


"29.08.2011 tarixində evləndiyim Tolqa Karellə ailə həyatımızın təməlinin sarsılıb çökməsi səbəbindən qarşılıqlı razılaşma əsasında bu gün saat 16:00 etibarı ilə Şile Ailə Məhkəməsinin verdiyi qərarla boşanmışam. Uzun müddətdir qarşı tərəfin lazımsız iddiaları səbəbindən uzanan hüquqi müddət içərisində uşağımın xətri üçün, xarakterimdən irəli gələn güclə, səbrlə gözlədim. Mənim üçün bundan sonra vacib olan, hər zamankı kimi oğlum Cihangir Candır. Bu tarixədək bioloji atasının uşaqla maraqlandığı istiqamətində yayılan əsassız xəbərlərə görə, təəssüf ki, bu açıqlamanı vermək məcburiyyətində qaldım. Bundan sonra uşağı ilə maraqlanacağına ümid edirəm. Bundan sonra adımın heç bir şəkildə Tolqa Karellə hallandırılmasını istəmirəm. Bu qərarıma sayğı göstərilməsinə ümid edirəm.


Sonuncu dəfə bildirmək istəyirəm ki, qarşı tərəfdən yüksək miqdarda təzminat almağımla bağlı yayılan xəbərlər də doğru deyil. Hərçənd, təhsil və tibbi ehtiyaclarının ödənilməsi üçün qarşı tərəfin uşağa ödəməli olduğu alimentin dəyəri 500 lirədir. Təqdir etmək, yüksək ictimaiyyətin ixtiyarındadır.

Sizin Reklam Yeriniz