Əlaqə Arxiv
news Image
2015.09.16
13:44
| A A A
Konsertlər ləğv edildi, müğənnilər etiraz etdi
Şimali Kiprdə Qurban bayramı günlərində baş tutacaq bütün konsertlər ləğv edilib. Movqe.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, 18 hotel və kazino rəhbəri bir araya gələrək ortaq qərar qəbul ediblər. Onlar Türkiyədə yaşanan terror hadisələri vəgəlməyə davam edənşəhid xəbərlərinə görə bu addımı atıblar.

Bu qərar nəticəsindəVolkan Konak, Aşkın Nur Yengi, Funda Arar, Sibel Can, Ebru Gündeş, Muazzez Ersoy, Yıldız Tilbe, Hadise, Linet, Ferhat Göçer, Sıla, Selami Şahin, Hande Yener, Candan Erçetin, Zuhal Olcay və Erol Evginin konsertləri baş tutmayacaq.

Ancaq müğənnilər bu qərarı birmənalı qarşılamayıblar.

Muazzez Ersoy:"Sadəcə bu deyil, bir çox festivalım ləğv olunub. Komandamız var, bəs bu insanlar nə edəcəklər? Kaş ki, ləğv etmək yerinə, yardım kampaniyası başlatsaydılar. Musiqi kütlənin səsidir, susdurulmamalıdır".




Hadise:"Od düşdüyü yeri yandırar, amma bu belə bir alovdur ki, hamımızın içinə düşüb. Bu müddətdə musiqinin, sənətin susdurulmasının doğru olmadığını düşünürəm. Sənət deyil, silahlar susmalıdır".



Sibel Can:"Ləğv etmək əvəzinə bütün gəlirləri şəhid ailələrinə bağışlasınlar".



Sizin Reklam Yeriniz