Əlaqə Arxiv
news Image
2015.09.16
23:00
| A A A
“Üstündə “B” yazılan maşın versələr..." - Brilliant Dadaşova
Xalq artisti Brilliant Dadaşova “Antrakt” verilişinin qonağı olub.

Movqe.az-ın məlumatına görə, ad gününü qeyd edən ifaçı hədiyyələrindən danışıb:


"Öz ad günümdə hər zaman özüm özümə hədiyyə almışam. Ad günümdə düşünürəm ki, "Bu gün mənə çoxlu güllər gələcək, onları ətrafıma yığıb şəkillər çəkdirəcəm". Çox şükür ki, mən diqqət mərkəzində olan insanam, qayğıya öyrəşmişəm".

 

B.Dadaşova "Sizi hansı hədiyyə təəccübləndirər" sualına isə belə cavab verib:


"Üstündə "B" yazılan maşın versələr, məni təəccübləndirərlər. Həmin avtomobilin ucuz qiymətə olanı da var (gülür)".


Qeyd edək ki, aparıcılığını Kamran Quliyevin etdiyi "Antrakt" verilişi hər həftənin çərşənbə axşamı saat 23:00-da İTV-də yayımlanır.

Sizin Reklam Yeriniz