Əlaqə Arxiv
news Image
2015.09.17
00:00
| A A A
"Onun səhnədən getməsi mənim üçün dəhşətdir" - əməkdar artist
Əməkdar artist Naibə Allahverdiyeva xalq artisti, mərhum İlham Əsgərovdan söz açıb.

Movqe.az-ın məlumatına görə, aktrisa "Günə baxan" verilişində aparıcının "Aktyorlar Akademik Milli Dram Teatrından şikayət edib, İlham Əsgərovun ölümü ilə barışmırlar" sualına belə cavab verib:


"Biz sənət adamları həssas oluruq. Həyəcan, əsəb bizim sağlamlığımıza təsir edir. İlham Əsgərovun səhnədən getməsi mənim üçün dəhşətdir. Onun yerini dolduracaq kimsə hələ ki yoxdur. Belə insanları qorumaq lazımdır. Çünki onlar sənətkardır. Sənərkarlar bir az kaprizli olur. Onların bir az nazını çəksək nə olar ki? Aktyorun başından vurmaq lazım deyil. O, sadəcə yeni rol istəyir. Artıq heç nə. İnsanlar reklama üstünlük verirlər. Teatrlarda hər gün tamaşa oynanılır. Bunlar efirdə reklam edilmir. Heç bütün günü efirdə reklam olunan ifaçılar konsertdə zalı doldura bilmir. Heç kim deyə bilməz ki, Azərbaycanda teatr inkişaf etmir. Özünə hörmət edən rejissor qohumu, yaxınıdır deyə, aktyora rol verməz. Belə halda tamaşaçı ikinci dəfə həmin teatra gəlməz".

Sizin Reklam Yeriniz