Əlaqə Arxiv
news Image
2015.09.20
10:00
| A A A
Məleykə Əsədovanı təhdid etdilər
Xalq artisti Məleykə Əsədovanın başına iş gəlib.

Movqe.az-ın məlumatına görə, "Öz aramızda" verilişinə qonaq olan aktrisa proqrama şikayət edən Vüsal adlı oğlanın valideynlərindən və övladlarından imtina etməsini qınayıb. Bundan sonra sosial şəbəkədə M.Əsədovaya qarqışlar və təhdidlər yazıblar. 


Məsələ ilə bağlı açıqlama verən aktrisa həmin insanların kimliyini tapdığını bildirib:


"Ötən gün efirdə 21 ildir onu böyüdən valideynlərini və iki övladını atan oğlanı pislədim. Evə getdim sosial şəbəkədə mənə qarqışlar yazdılar, təhdidlər gəldi. Övladıma elə qarqış edirdilər ki, dilimə gətirə bilmirəm. O insanların kimliyi tapdım. Vüsalın adamları idi. Heç kimdən qorxmuram, Allahıma sığınıram. Heç onu polisə də şikayət etmədim. Mən sözümdən dönməyəcəm. Nə olsun onu uşaq evindən götürüb? Ata-anaya mənim ürəyim yanır. Özü yetimdir, iki balasını necə atıb?".

Sizin Reklam Yeriniz