Əlaqə Arxiv
news Image
2015.09.20
11:00
| A A A
"O, bizim qızımız deyil" - əkiz bacılar
Müğənni əkiz bacılar - Sevil və Sevinc Səfərovalar repertuarlarında yenilik ediblər.

Movqe.az-ın məlumatına görə, onlar "Aylam" adlı mahnını dinləyicilərinin ixtiyarına veriblər. Söz və musiqisi Vasif Əzimovun,  aranjimanı İlqarın olan mahnının maraqlı tarixçəsi var. 


Sevinc Səfərova deyib ki, bu mahnını ərsəyə gətirdikləri zaman hər kəs onların gizli qız övladları olduğunu düşünüb:


"Hamı elə bilir ki, bizim Ayla adlı qızımız var. Amma bu belə deyil. Bir dəfə səhnədə olan zaman yanımıza balaca və çox şirin bir qızcığaz gəldi. Özümüzdən asılı olmayaraq uşağı o qədər sevdik ki, ona mahnı həsr edəcəyimizə söz verdik. Ümumiyyətlə, biz uşaq sevənik. Allahdan hər bir körpəyə sağlam böyüməyi arzu edirik".


Sizin Reklam Yeriniz