Əlaqə Arxiv
news Image
2015.09.22
00:00
| A A A
"Mən o aparıcını sevmişəm" - Eltondan etiraf
Müğənni Elton Hüseynəliyev şəxsi həyatı ilə bağlı maraqlı açıqlamalar verib.

Movqe.az-ın məlumatına görə, sənətçi "Qonaq gəl bizə" verilişində keçmiş həyat yoldaşına təşəkkür edib:


"Uşaqlarımın tərbiyəsindən çox razıyam. Buna görə analarına təşəkkür edirəm. Tamilla xanımla gözəl münasibətimiz olub. 9 il bir yerdə yaşamışıq. Sadəcə son vaxtlar evdə hüzur qalmamışdı. Boşanmağımıza baxmayaraq, mən onlara nəzarət edirəm. Tomaya deyirəm ki, "Başını uca tut. Sən mənə yaxşı olmusan, mən sənə pis". Sadəcə, ürək bir yerdə qırılır. Övladlarım tez-tez sual verir ki, "Ata, niyə bizlə qalmırsan". Torpaq almışam. Oradan ev tikdirirəm. Uşaqlarıma demişəm ki, ev hazır olandan sonra birlikdə qalacağıq. Onlar nə deyirlərsə, edirəm. Boşanmağıma valideynlərim də pis oldu".


E.Hüseynəliyev ikinci dəfə toyu olacağı ilə bağlı şayiələrə də münasibət bildirib:


"İkinci dəfə toyumun olması mümkün olacaq şey deyil. Əsas fikrim iki balamı böyütməkdir. Mən də tək qalmayacam. Amma çərçivəsində. Bir də içki düşgünü olduğum deyilir. Bir vaxtlar içki içirdim. Son iki ildir ki, tövbə etmişəm".


Sənətçi "Deyirlər ki, tanınmış bir aparıcı ilə sevgili olmusunuz" sualına belə cavab verib:


"O xanımla sevgi münasibətim olmayıb. Amma mən onu qəlbimdə sevmişəm. Həyatda dost olmuşuq. Bu hadisə 3 il əvvəl baş verib. Hələ də onunla dostluğumuz davam edir. Xanım subaydır".

Sizin Reklam Yeriniz