Əlaqə Arxiv
news Image
2015.09.25
00:00
| A A A
Serendən Engini bezdirməsi xəbərinə açıqlama
Müğənni Seren Serengil aktyor Engin Akyüreki təqib etməsi və bu səbəbdən onu bezdirməsi ilə bağlı yayılan iddialara cavab verib.

Movqe.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ifaçı bununla bağlı sosial şəbəkədə yazıb:

"Vəkilimə yalan, əsassız xəbərlərin araşdırılması ilə bağlı təlimat vermişəm. Engin heç vaxt "Hara gedirəm qarşıma çıxır, bezmişəm" deməz. Mən bir ildir ki, başqası ilə münasibətdəyəm. Bunu indiyədək ona görə demirdim ki, sevgimizi gizli saxlamaq istəyirdik".

Engin Akyürek də haqqında yayılan şayiələr haqda İnstaqram səhifəsində "Seren Serengil Engin Akyüreki təqib edir" başlıqlı xəbər tamamilə əsassızdır", - deyə açıqlama verib.

Sizin Reklam Yeriniz