Əlaqə Arxiv
news Image
2015.09.28
00:30
| A A A
Küsülü müğənnilər: "Barışıq mümkün deyil"
Uzun müddətdir küsülü olan müğənni Ayan Babakişiyeva və Aysel Əlizadə barışmağı düşünmür.

Movqe.az-ın məlumatına görə, verilişlərin birində üz-üzə gələn ifaçılar salamlaşmayıb.


Onlar "Star life"a açıqlama verərək, soyuq münasibətlərinin hələ uzun müddət davam edəcəyini bildiriblər.


A.Babakişiyeva "Nə üçün Ayseli görəndə verilişi tərk etmədiniz" sualına belə cavab verib:


"Əgər Xəzər telekanalı mənə qarşı doğmalığını, qonaqpərvərliyini göstərirsə, o hörmətsizliyi etmərəm. Çalışıram ki, hamıyla sərhəd saxlayım. Onu aşan olanda isə münasibəti kəsirəm. Heç kimdən küsmürəm. Bir insan görsəniz ki, sizin həyatınızı məhv edir, statusunuzu salır, maneələr törədir, ona nifrət etməyin. Onu saymayın, bu ölümə bərabərdir. Həmişə deyirdilər ki, şou-biznesdən uzaqsan. Ən yaxşısı odur ki, "salam-sağ ol" edəsən".


A.Əlizadə isə barışığın mümkün olmadığını deyib:


"Mənim heç bir acizliyim yoxdur ki, verilişdən gedim. Dostum da olmasa, qarşımda oturan insana veriliş xatirinə hörmət göstərəcəm. Demirəm ki, o, insan mənim düşmanımdır. Münasibətdə olduğum və olmadığım insanlar var. Hamıya ürəyitəmiz yanaşıram. Mənə söz atanı vecimə almıram. Mənə vız gələr. O adam mənə insan kimi önəmli deyil axı, ürəyimə salım. Barışıq alınan deyil. Xasiyyət baxımından çətin adamam, çox kinliyəm".


Qeyd edək ki, sənətçilər arasındakı qalmaqal "Ay Zaur" verilişinin çəkilişi zamanı başlamışdı.


A.Əlizadə A.Babakişiyevanı onun arxasınca yalan danışmaqda günahlandırmışdı:


"Ay Zaur" verilişi Ayan Babakişiyevanı Gəncədə çəkərkən, mən də dəvət olunmuşdum. Amma Ayana demişdim ki, gələ bilməyəcəm. Aranı qatdı. Guya, mən əvvəl çəkilişə "hə" demişəm, sonra aldatmışam. Çörək kəsdiyim insanın əməyin tapdalamıram".


A.Babakişiyeva isə Ayselin ittihamlarına "Onun üçün Ayan adını çəkmək şərəfdir. Allah ağıl versin. Həmin çəkiliş mənim şəxsi verilişim deyildi. Burada "Xəzər" telekanalının və Zaur Kamalın adı var idi. Gərək etiraz etməzdi" cavabını vermişdi.


Sizin Reklam Yeriniz