Əlaqə Arxiv
news Image
2015.09.28
12:25
| A A A
"Ayıb olsun sənin kimi insana" - Abbas Bağırov
Əməkdar artist Abbas Bağırovu özündən çıxarıblar

Əməkdar artist Abbas Bağırovu özündən çıxarıblar.Movqe.az-ın məlumatına görə, müğənni sosial şəbəkədə ünvanınatəhqir yazanlara xəbərdarlıq edib:


"Mənim səhifəmdə olan fotolara artıq söz yazanlara başqa cür cavab verəcəyəm. Əgər o da təsir etməsə, sizi yerin altından da olsa tapıb, üzünüzə iki kəlmə söz deyəcəyəm. Yenə də başa düşməsəniz, başqa cür davranacağam. İki dəqiqəyə profil açıb, ağzına gələni yazır ki, hamı oxusun. Ayıb olsun sənin kimi insana. Heç kimi səhifəmi izləməyə məcbur etmirəm. Bu mənim profilimdir, istəməyən izləməsin, amma yersiz, dəxlisiz sözlər yazmağa heç kimin haqqı yoxdur. Mən sakitəm deyə, o demək deyil ki, istənilən adam ağzına gələni danışa bilər. Sonuncu dəfə xəbərdarlıq edirəm: kimliyindən asılı olmayaraq, gedin öz problemlərinizi həll edin. İki dəqiqəlik profil açıb, başqalarının səhifəsində ağzınıza gələni yazmayın. Şərh yazmaq olar, amma təhqir etməyə heç kimin ixtiyarı yoxdur. Kim yersiz söz yazsa, cavabını artıqlaması ilə alacaq".

Sizin Reklam Yeriniz