Əlaqə Arxiv
news Image
2015.10.13
11:20
| A A A
Türkan Şoray nadir xəstəliyə tutulub

Türk kinosunun "Sultan"ı Türkan Şoray nadir xəstəliyə tutulub. Movqe.az "Sabah"a istinadən məlumat verir ki, Türkiyə Metabolik Cərrahiyyə Vəqfinin gecəsinə qatılan aktrisa özü ilə bağlı gözlənilməz açıqlamayla çıxış edib. T.Şoray bir vaxtlar Sezen Aksunun da tutulduğu nadir "cushing" sindromuna yaxalandığını deyib. O, bu xəstəliklə bir ildir ki, mübarizə apardığını söyləyib:


"Cushing ölkəmizdə bir o qədər də bilinən xəstəlik deyil. Nadir xəstəlik gəlib məni tapdı".

Qeyd edək ki, "cushing" sindromu qadınlarda kişiləşməyə meyillilik, kökəlmə, qan təzyiqinin artması şəklində özünü büruzə verən xəstəlikdir.


Sizin Reklam Yeriniz