Sevilən aktirisa bu dəfə intiqam alacaq
"Aşk-ı Memnu"da Kvanç Tatlıtuğ ilə, "Fatmagülün Suçu Ne?"
serialında isə Engin Akyüreklə kamera qarşısına keçən Beren Saatın
ekrandakı yeni tərəfdaşı müəyyən olunub. Belə ki, Amerikanın "ABC"
kanalında göstərilən "Revenge" serialının yerli versiyasında baş
rolu oynayan gözəl aktirisaya Mert Firat tərəf müqavillik edəcək.
Aleksandr Dümanın "Monte Kristo Qrafı" romanından ilhamlanaraq
çəkilən "Revenge" serialı, atasına və özünə tələ quranlardan
intiqam almağa and içən Amanda adlı gənc qızın əhvalatından bəhs
edir. Serialın orijinalında baş rolu Emily Van Camp oynayıb. Beren
Saatla Mert Firatın rol alacağı serial isə yanvar ayında "Kanal D"
ekranlarında yayımlanacaq.