Oxuduğu serenada hamını ağlatdı
Movqe.Az bildirir ki, ABŞ-lı müğənni
Castin Timberleyk, toyu əsnasında həyat yoldaşı olacaq Cessika
Bielə serenada oxuduğu açıqlanıb.19 oktyabrda ABŞ-lı aktrisa
Cessika Biel ilə İtaliyada evlənən müğənni Castin Timberleyk toyun
detallarını izah edib. "Hello" jurnalına danışan Timberleyk, həyat
yoldaşı Cessica Bieliyə toy zamanı dizlərinin üstünə çökərək,
serenada oxuduğunu, qonaqların mahnıdan təsirlənərək ağladığını da
vurğulayıb. Toyda Tom Ford imzalı smokinq geyən 31 yaşlı
Timberleyk, Bieli çəhrayı gəlinliyin içində gördüyü anı "bu günə
qədər gördüyüm ən gözəl şey" olaraq qiymətləndirib. Timberleykin
soyadını istifadə etdiyini açıqlayan Biel isə "Dünyada o xüsusi
insanı tapmaq çox çətindir. Bir dəfə onu tapdığınız zaman sonuna
qədər gedin. Belə bağlılıqlar çox xüsusidir."deyib. Məşhur müğənni
toyunun İtaliyada olmasının səbəbini isə italyan yeməkləri olduğunu
izah edib. Xatırladaq ki, cütlüyün yaxın dostlarının qatıldığı 100
nəfərlik mərasimin fotoşəkilləri 300 min dollara satılıb.