Əlaqə Arxiv
news Image
2012.11.06
15:22
| A A A
ABŞ-da tanınmışlar öz seçimlərini açıqladılar
Eva Lonqoria, LeBron Ceyms, Ketti Perri kimi məşhurlar səs vermək üçün çağırış ediblər. Movqe.Az bildirir ki, ABŞ-da seçkilər davam edərkən Eva Lonqoria, LeBron Ceyms, Ketti Perry kimi məşhurlar "Twitter" vasitəsilə seçimlərini açıqlayıb və insanları dəstək olmağa çağırıblar.

"Desperate Housewives" serialının ulduzu Eva Lonqoria, "Twittter"də onu izləyən 5 milyon pərəstişkarına, "Əgər gələcəyinizi düşünürsünüzsə, Obamaya səs verin." sözlərini yazıb.

10 milyondan ibarət izləyəni olan amerikalı repçi Snup Doq "Sabah səs verməyi unutmayın", Obama tərəfdarı müğənni Farrel Uilliams 1 milyon izləyəninə "Bu seçkidə sizə ehtiyacımız var", basketbol oyunçusu LeBron Ceyms isə "Prezidentin hələ görəcək çox işi var, sabah səs verməyi unutmayın." deyiblər. "ABŞ-ın prezidenti Barak Obama" yazılı bir köynək geyən müğənni Ketti Perri isə 28 milyon izləyənindən səs verən zaman geyindikləri paltarların fotoşəkillərini "Twitter"dən paylaşmalarını istəyib. Aktrisa Melissa Con Hart və Steysi Daş isə Rumniyə dəstək olduqlarını bildirirblər.

Sizin Reklam Yeriniz