Dünya şöhrətli bəstəkar vəfat etdi
Movqe.Az bildirir ki, Qarışıq ritmli
və ovsunlayıcı klassik musiqi bəstələriylə şöhrət qazanmış, 2
Pulitzer mükafatlı klassik musiqi bəstəkarı Eliot Karter vəfat
edib. "Boosey and Hawkes" adlı musiqi studiasından verilən
müsahibədə, məşhur bəstəkarın 103 yaşında dünyasını dəyişdiyi
bildirilib. Amma, ölüm səbəbi ilə bağlı heç bir məlumat verilməyib.
Xalq tərəfindən az tanınan bir bəstəkar olmasına baxmayaraq, musiqi
dünyasının qabaqcıl musiqiçiləri və musiqi tənqidçiləri arasında
çox hörmətli bir yeri olan Karter, ilk Pulitzer mükafatını "İkinci
Yaylı çalğılar Kuarteti" adlı əsəri ilə 1960-cı ildə qazanıb.
"Üçüncü Yaylı çalğılar Kuarteti" adlı əsəri ilə 1973-cü ildə ikinci
dəfə Pulitzer mükafatını alan Karter, 1985-ci ildə də Amerika Milli
Sənətlər Nişanına layiq görülüb.
ABŞ Konqresi tərəfindən 1984-cü ildə yaradılan bu nişanı ilk alan sənətçi olaraq tarixdə adı keçən Karter, beləcə Amerikan Milli Sənətlər Nişanına layiq görülən ən seçmə 10 amerikalı sənətçi arasında iştirak edib.
"New York Times" qəzetində 2002-ci ildə nəşr olunan yazıda, Karterin bəstələdiyi "yaylı çalğılar kuartetləri indiyə qədər düşünülmüş ən güclü musiqi kuartetləri arasında'' göstərilmiş və bu əsərlərdəki "dəyişən duyğu vəziyyətləri, həssaslıq və bəzi yerlərdəki cəsur yumoristik ünsürlər" təriflənmişdi.