Əlaqə Arxiv
news Image
2012.04.18
21:42
| A A A
İlkin Həsənidən daha bir yenilik - EKSKLÜZİV - FOTOSESSİYA
Klip təqdimatında səbəbkar doğum gününü qeyd etdi


Bu gün "Yeni ulduz" müsabiqəsinin və "Eurovision Azerbaijan" müsabiqəsinin seçim turlarının iştirakçısı Aytac Vidadiqızı yeni ifa etdiyi mahnısının klipini təqdim etdi. Movqe.Az xəbər portalının məlumatına görə, sözləri və musiqisi səbəbkarın özünə məxsus olan "Nəzərmi dəydi?" adlı mahnıya çəkilən klipin rejissoru teleaparıcı İlkin Həsənidir. Həmçinin təqdimat mərasimində o da məlum oldu ki, bü gün Aytacın doğum günüdür. Gənc ifaçının 22 yaşı tamam olur.

Jurnalistlərin az olduğu təqdimat mərasimində Aytac əvvəl adı ilə bağlı danışdı. O, bildirdi ki, hamı onu Aytac Vəliyeva kimi tanıyır. Amma bundan sonra gənc ifaçı Aytac Vidadiqızı adı ilə yaradıcılıq fəaliyyətini davam etdirəcək. Aytac qeyd etdi ki, müğənni Vidadi Bərdəli onun atasıdır və bu səbəbdən də atasının adından istifadə edir.

Daha sonra A.Vidadiqızı klipi haqqında məlumat verdi. O, klipin rejissor işini İlkin Həsəniyə həvalə etdiyini dedi. Aytacın yanında əyləşən İ.Həsəni isə klipin çəkiliş prosesi ilə bağlı bunları dedi: "Haradasa iki gün montaj işləri, bir gündə çəkiliş prosesi oldu. Klip Pirallahı adasında çəkilib. Klipi montaj edən Vüqar Mustafayev və operatorlar isə Fuad İsmayılov, Zaur Məmmədlidir. Klipin rejissor işi mənə məxsusdur. İxtisasım rejissordu. Amma rejissor deyiləm. Sadəcə klipdə vasitəçi olaraq, rejissor işini görmüşəm", - İ.Həsəni söylədi.

İ.Həsəni, məhz Movqe.Az-a danışaraq, tədbirdə KİV-nin az olmasının səbəblərini açıqladı: "Klip tez-bazar ərəsəyə gəlib. Əslində biz düşünmürdük ki, bu gün təqdimat edək. Klip 2 gün əvvəl hazır olmuşdu. Bacardığımız qədər klipin yayımlanmasına çalışdıq. Əvvəlcədən planlaşdırsaydıq, jurnalistlərə məlumat verərdik. Ona görə də jurnalistləri dəvət etməyə məqam tapa bilmədik".

Teleparıcı ənənəyə sadiq qaldıqlarını və qonaqların tədbirdə iştirakına da münasibət bildirdi: "Bu bir ənənədir ki, artıq neçə illərdi davam edir. Hər bir müğənni öz təqdimat mərasimində şou-biznesin tanınmış simalarını dəvət edir. Bu, bir növ həmrəylik deməkdir. Biz də bu ənənəyə sadiq qalırıq", - İ.Həsəni dedi.

Qeyd edək ki, tədbirdə iştirak edən prodüser-təşkilatçılar Roland Bayramov, Kamal Cenk İçtən, teleaparıcı Cavid Gül, o cümlədən, tanınmış gənc ifaçılar Leyla Ramazanlı, Adil Baxışlı və başqaları Aytacı təbrik etməyə gələnlər sırasındaydılar.

Fuad Mədətov

Movqe.Az











FOTO: Vasif Tağıyev

Sizin Reklam Yeriniz