Əlaqə Arxiv
news Image
2012.11.15
18:15
| A A A
Rok ulduzunun qızı narkotik komasına düşdü
Movqe.Az bildirir ki,Amerikalı rok ulduz Con Bon Covinin 19 yaşlı qızı yüksək dozada heroin qəbul etdiyinə görə xəstəxanaya aparılıb. Kirkland polisi, Nyu Yorkda yerləşən Hamilton kollecinin yataqxanasında bu gün səhər gənc bir qızın və yanındakı oğlanın  yüksək dozada heroin qəbul etdiyi xəbəri ilə təcili yardım çağırıldığını, gəncin Bon Covinin qızı Stefani Bonciovi, yanındakı oğlanın isə İan Qrant olduğunu bildirib. Stefani Bonciovinin, adı açıqlanmayan bir xəstəxanada müalicə altına alındığı söylənilir. Bonciovi və 21 yaşlı İan Qrantın narkotikdən istifadə etdikləri üçün məhkəməyə çıxarılacaqları bildirilib. 
Sizin Reklam Yeriniz