Əlaqə Arxiv
news Image
2012.11.16
15:08
| A A A
Rihanna xüsusi təyyarəsi ilə dünya turuna çıxıb

Movqe.az xəbər verir ki, Barbados müğənnisi Rihanna yeni albomunun təqdimatı üçün dünyanı gəzməyi başlayıb. Müğənni turneni 7 gün ərzində pərəstişkarlarıyla havada qeyd edəcək. Dünyaca məşhur müğənni Rihanna yeddinci albomu olan "Unapologetic" i tanıtacaq.  

7 gündə 7 ölkəni xüsusi bir təyyarə ilə gəzən müğənniyə səfəri zamanı pərəstişkarları və mətbuat nümayəndələri yoldaşlıq edir.

Bir həftə çəkəcək konsertdən sonra təyyarədə parti verəcəyini söyləyən Rihanna sözlərinə belə davam edib: "Qeyri-adi  təcrübə olacaq. Mən, mətbuat nümayəndələri və pərəstişkarlarım 7 gecə əylənəcəyik".

Rihanna detalları açıqlanmayan turne çərçivəsində Fransa, ABŞ, Kanada, İngiltərə, Meksika, Almaniya və İsveçə gedəcək.

Sizin Reklam Yeriniz