Əlaqə Arxiv
news Image
2012.11.19
11:03
| A A A
Uitni Hyustonun xatirəsi anılıb
Movqe.az xəbər verir ki, Los-Ancelesdə bu ilin fevralında dünyasını dəyişən əfsanəvi ifaçı, soul-pop janrının ən uğurlu təmsilçilərindən biri Uitni Hyustonun xatirəsi anılıb. Bu münasibətlə təşkil olunan konsertdə dünya ulduzları mərhumun repertuarından ən yaddaqalan hitləri səsləndiriblər. Uitni Hyustonun ailə üzvləri və sənət dostlarının iştirak etdiyi mərasimdə ilk olaraq səhnəyə qeyri-adi səs tembri ilə seçilən Cennifer Hadson çıxıb. Mərhumun həm rəfiqəsi, həm də pərəstişkarı olan sənətçi gecədə bir-birindən maraqlı ifalar təqdim edib. "I am every voman", "Hov vill I knov", "I vonna dance vith somebody" mahnılarını özünəməxsus şəkildə səsləndirən ifaçının hər bir çıxışı alqışlarla qarşılanıb. Uitninin repertuarında xüsusi yerə sahib olan "I am every voman" sinqlı isə gecədə əsl coşqu yaradıb. Sonra səhnəyə Kanadalı ulduz Celine Dion çıxıb. 1986-cı ildə Uitni Hyustona məşhurluq qazandıran "The Greatest Love Of All" kompozisiyası Celin Dionun ifasında fərqli şəkildə təqdim olunub. Ürəkləri fəth edən musiqi bu dəfə də yaddaşlarda qalmağı bacarıb. Anım konserti Yolanda Adams və Cici Vinansın möhtəşəm çıxışı ilə yekunlaşıb. Qeyd edək ki Uitni Hyustona həsr olunan gecə CBS kanalı vasitəsilə canlı yayımlanıb.
Sizin Reklam Yeriniz