Azərbaycanda münsif olduğu "Bu stil mənim" yarışmasında Türkcə danışdığı üçün tənqidlərə hədəf olan Günay Musayeva yaşadığı stress üzündən xəstəxanalıq olub. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yarışmada baş verən mübahisələr Günayın sağlamlığına zərər vurub. Türkiyədə yaşayan Azərbaycanlı model öd kisəsindən əməliyyat olunub. Vəziyyətinin yaxşı olduğu bildirilən Günayın xəstəxanadan nə zaman çıxacağı isə bəlli deyil. Qeyd edək ki, "Bu stil mənim" yarışmasında münsif olan Günay Musayevanın proqramda Türkcə danışması müzakirə obyektinə çevrilmişdi. Sosial mediada da tənqid olunan Musayeva bir çox təhdidlər də alıb. Azərbaycan Milli Məclisi də Günay Musayevanın Türkcə danışmasını müzakirə etmişdi. Bundan sonra daha əvvəl Azərbaycan Dilini əcnəbi dillərdən qorumaq üçün Türkcənin də qadağan olunmuş dillər arasına girməsini qərara aldığı iddia edilən Azərbaycanın Milli Radio Və Televiziya Şurası (Azərbaycan Respublikası Milli Televiziya və Radio Şurası), yazılı bəyanat verib. Günay Musayevanın Türk vətəndaşı olduğunu və illərdir Türkiyədə yaşadığını xatırladan qurum modelin Türkcə nitqində problem olmadığını bildirib.Azərbaycanlı deputatlardan Fazil Mustafa isə belə məsələyə belə münasibət bildirmişdi:"Günay Musayeva Anadolu Türkcəsində danışaraq bəzi məsələlərə toxunub. Bizim dövlət dilimiz Azərbaycan dilidir. Azərbaycan Türklərindən kimin imkanı varsa, onlar da Türkiyə telekanallarına çıxıb Azərbaycan Türkcəsində danışsın. Beləliklə süni olaraq ayrılmış bu dillərimizi bir-birinə uyğunlaşdıraraq yeganə Türk dili yaradaq".