Nur Yerlitaşın alacağı məbləğ İvananı özündən çıxartdı
"İşte benim stilim" yarışmasından "Çox yorulmuşam" deyərək ayrılan modelyer Nur Yerlitaşın yenidən proqrama qayıtması İvana Serti qəzəbləndirib. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, buna səbəb Nurun qonararının artırılması olub. Hər iki münsif proqramdan 200 min lirə maaş aldığı halda, verilişin reytinqinin aşağı düşməsilə əlaqədar olaraq layihə rəhbəri Nuru yenidən proqrama qaytararaq onun maaşını 400 min lirəyə qaldırıb. 200 min lirə alan İvana isə həmkarının maaşının artırılmasına görə mübahisə yaradaraq prodüsserə "Ya maaşımı artır, ya da proqramı tərk edəcəm" deyib.