Hadisə "O səs Türkiyə"də yenə bacarmadı - video
Dünən gecə "O səs Türkiyə"nin finalı baş tutub.Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, yarışmanın builki qalibi Gökhan və Hakan Özoğuzların komandasından olan Emre Sertkaya olub. İkinci yeri isə Hadisənin iştirakçısı Aziz Kiraz tutub.Hadisə yarışmanın münsiflər kürsüsündə oturduğu 5-ci ilində də birinciliyi əldə edə bilməyib. Gecənin qonağı isə keçən ilin qalibi Elnur Hüseynov olub. O, qalib elan olunduqdan sonra ikinci dəfə səhnəyə çıxaraq Emreni təbrik edib.