Keçmiş sevgililər üz-üzə gəldi
Bir müddət sevgili olduqları iddia edilən Kenan İmirzalığılu ilə Berrak Tüzünataç tədbirlərin birində yeni sevgililəri ilə üz-üzə gəliblər. Movqe.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iki il öncə dünyasını dəyişmiş mərhum sənətçi Tuncel Kurtizin 80 yaşı qeyd olunub. Gecədə Kenan İmirzalıoğlu- Sinem Kobal, Berrak Tüzünataç - Birkan Sokullu, Cansu Dere, Selma Ergeç, Zafer Algöz, Rıza Kocağlu, Şevval Şam kimi məşhur adlar iştirak ediblər. Amma gecədə arzu olunmayan qarşılaşma olub. Keçmiş sevgili olan Kenanla Berrak üz-üzə gəliblər. Geceyə Kenana bu yaxınlarda ailə qurmağa hazırlaşdığı 28 yaşlı sevgilisi Sinem Kobal, Berrak Tüzünataç isə sevgilisi Birkan Sokullu ilə qatılıb.