Əlaqə Arxiv
news Image
2016.02.04
11:25
| A A A
Azərbaycanlı teleaparıcı: "Ailə quracağım qız..."

"Xəzər" telekanalının aparıcısı Cavid Gül ailə quracağı xanımda axtardığı özəllikləri sadalayıb. 

Movqe.az axsham.az-a istinadən xəbər verir ki, aparıcı "Yeri gəlmişkən" verilişində sakit bir xanım arzuladığını deyib:


"Yeniyetmə yaşlarında istəklər, təsəvvür başqa olur. Yaş keçdikcə ailə quracağın insanın görkəmini düşünmürsən. Deyirsən, xasiyyəti yaxşı olsun, dava olanda səs ucalmasın. Düzdür, görkəm də önəmlidir, elə olmalıdır ki, kişinin gözü kənarda qalmasın. Qız qəşəng deyilsə, onunla dostluq edə bilərəm. Seçəcəyim xanım başımı ağrıtmayan, sakit biri olsun. Dır-dır etməsin, 90 yaşına kimi onunla yaşayaram. Xoşuma gəldi, ailə qurmaq xətrinə evlənmək mənlik deyil. Rahatlıq axtaran biriyəm. 


Qızlarda aferistlik var: oğlana deyirlər, dost olaq, ayrılaq, dost qalaq. Oğlanlar qız nə deyirsə, inanırlar. Qız dostlarım var, özü də qəşəngdirlər. Ailə qurmaq üçün seçəcəyim qızın hansısa dostu olubsa, onu tanıyıramsa, ondan əminəmsə, burada heç bir problem yoxdur".


Sizin Reklam Yeriniz