Əlaqə Arxiv
news Image
2016.02.05
15:20
| A A A
Xalq artistinin məzarı ziyarət olunub

SSRİ xalq artisti Qara Qarayevin doğum günündə böyük sənətkarın xatirəsi anılıb.Movqe.az xəbər verir ki, tanınmış mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri Fəxri xiyabana gedərək Qara Qarayevin məzarını ziyarət ediblər.Anım mərasimində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, xalq artisti Firəngiz Əlizadə sənətkarın həyat və yaradıcılığından söz açaraq xatirələrini bölüşüb.Qara Qarayev yaradıcılığının böyük məktəb olduğunu vurğulayan natiq dahi bəstəkarın yaratdığı musiqi ənənələrindən söz açıb.Bildirilib ki, musiqi sənətinin bütün janrlarına müraciət etmiş Qara Qarayevin əsərləri dünya şöhrəti qazanaraq keçmiş SSRİ-nin və bir çox dünya teatrlarının səhnəsində tamaşaya qoyulub. (AzərTac)

Sizin Reklam Yeriniz