İnsan həyatının qiymətinin olmadığı deyilir. Amma dünyaca məşhur amerikalı prodüser və reper P.Deddi (P.Diddy) belə düşünmür.ABŞ-ın Los-Anceles şəhərinin polis departamentində çalışmış sabiq zabitin dediyinə görə, əfsanəvi reper Tupak Şakurun qətlini məhz P.Deddi sifariş verib.Movqe.az New York Daily News-a istinadən bildirir ki, P.Deddi özünə rəqib və düşmən hesab etdiyi Tupak Şakurun qətlini 1 milyon dollara "sifariş" verib. Bu qətlin cavabı yeni cinayət olmuşdu. Reper Şuq Nayt da Tupakın qisasını alaraq P.Deddinin ən yaxın dostu Biqqi Smolsu güllələtdirmişdib. Şuq Nayt bu qətl üçün killerə 13 min dollar ödəmişdi.P.Deddi sabiq polis zabitinin açıqlamasını şərh etməyib.Tupak Şakur 1996-cı ilin sentyabrın 13-də Las-Veqas şəhərində güllələnib. Naməlum şəxs avtomobildən atəş açan kimi cinayət yerini tərk edib. Biqqi Smols isə 6 ay sonra Los-Ancelesdə qətlə yetirilib. Hər iki qətllə bağlı cinayət işi və istintaq hələ də davam edir.