Əlaqə Arxiv
news Image
2016.02.09
19:30
| A A A
Stallone "Oskar"ı boykot edəcək

Məşhur amerikalı aktyor, Hollivud ulduzu Silvestr Stallone 39 illik fasilədən sonra ABŞ Kinoakademiyasının "Oskar" mükafatına namizəd bilinib. "Creed" filmindəki roluna görə o, "İkinci planda ən yaxşı aktyor" nominasiyasında namizəddir.Movqe.az TMZ-yə istinadən bildirir ki, Stallone bu filmdə Rokki Balboa rolunu oynayır."Rembo" son dəfə 1977-ci ildə, boksçu Rokki roluna görə "Oskar"a nominant olmuşdu.Silvestr Stallone builki "Oskar"ı boykot etmək niyyətindədir.Onun dediyinə görə, filmin rejissoru Rayan Kuqlerlə məsləhətləşib."Bilirsiniz ki, qaradərili aktyorlar "Oskar"ı boykot edirlər. Mən də #OscarsSoWhite aksiyasına qatılmaq istəyirəm. Uill Smit, Spayk Li mərasimə getməyəcəklər. Mən də onlara dedim ki, əgər mərasimə qatılmağımı istəmirsinizsə, qatılmayacağam. Hə, onlar yaxşı oğlanlardır. Mən də pis oğlan deyiləm", - Stallone deyib.88-ci "Oskar" mərasimi fevralın 28-də ABŞ-ın Los-Anceles şəhərindəki Dolby Theatre-da keçiriləcək. ABC telekanalı ilə translyasiya olunacaq mərasimin aparıcısı stəndap komiki Kris Rok olacaq.

 

Sizin Reklam Yeriniz