Müğənni Elton Hüseyinəliyev "Bizimləsən" verilişində ona cadu edldiyini idda edib. Movqe.az xəbər verir ki, tez-tez depresiyaya düşdüyünü bildirən Elton, eyni zamanda qara qüvvələr, magiyalarla da mübarizə apardığını bildirib: "Depresiya 25 yaşından sonra düşmüşəm. Bunun da hamısı sənətlə, inandığım insanlardan aldığım zərbə ilə əlaqədardır. Bir an olur ki,özünü xoşbəxt hiss edirsən. Ondan sonra bəzi həqiqətlər açılır və hər şeydən xəbərdar olursan. Depresiya təkliyə aparır. İnsan da tək qalanda şeytanla bərabər olur. Onun da vəzifəsi insanı sıfıra salmaqdır. Ümüdsüzlük də insanı ölümə sürükləyir. Depresiyaya düşməmək üçün insanın yaxşı dostu olmalıdır. Dost sözü çox ağır sözdü. Çox heyif ki, bu gün dostluğa inanmıram. Sırf depresiya ilə yox qara qüvvələr, magiyalarla da mübarizə aparmışam. Bir məsələni söyləyim. Saçımın tükündən, şəkillərimdən istifadə ediblər. Hətta bir dəfə özümü öldürmək istəmişəm. Bir insan əgər ölümə gedirsə, deməli onu evdə rədd ediblər, ya xəyanət olub, ya da neçə illərdir inandığı insanlardan zərbə alıb. Ürəyi saf, abırlı insanlar depresiyaya düşə bilər. Abırsız, əqidəsiz insanlar depresiyaya düşə bilməz".