Nyu-Yorkdakı evini satışa çıxarıb
Movqe.Az bildirir ki, "NY Daily News"
tərəfindən hazırlanan bir xəbərə görə, "The Real Estalker" adlı
əmlak blokundan alınan məlumatlara əsaslanaraq Madonna Qərb
zolağında yerləşən evini 23.5 milyon dollardan satışa çıxarıb.
Madonna son zamanlar 2009-ci ildə 32.5 milyon dollar ödəyərək sahib
olduğu və içərisində yenə milyonlarla dollar dəyərində işlər
gördüyü şərqdəki evində yaşayır. Yuxarı Qərb zolağındakı evin, bir
binanın beşinci və altıncı mərtəbəsini əhatə edən 557 m²
genişliyində bir dairə olduğu bildirilir. Hər mərtəbəsində möhtəşəm
otaqların olduğu söylənilən evin ən böyük otağının içərisində isə
mərmərlə örtülü dəbdəbəli bir hamam otağı var. Madonnanın memar
olan qardaşı Kristofer Sisone tərəfindən dekorasiya edilmiş evin
səkkiz ədəd duşu, beş ədəd buxarısı, bir kitabxanası və park
mənzərəli bir yemək otağı da var. Evin satış faylındakı
şəkillərində otaqların mebellərlə dolu olmadığı, mebellərin sadə
bir şəkildə yerləşdirildiyi məlum olub. Ev Madonnanın satmağı
düşündüyü tək daşınmaz əmlak deyil. Müğənni mart ayında da Beverli
Hillsdə olan fransız stilli malikanəsini 28 milyon dollardan satışa
təqdim etmişdi.