Qala" qrupunun rəhbəri, eyni zamanda mahnı müəllifi Ceyhun Əliyev maraqlı açıqlama verib. Movqe.az Gecce.az-a istinadən xəbər verir ki, o, sənətçilərə mahnılarını 5 min manat dəyərində satdığını bəyan edib:"Mahnımı 5 min manat dəyərində satıram. Bura həm mahnının sözləri, həm musiqisi, həm aranjimanı,eyni zamanda müğənninin studiya çaılşması daxildir. Bu gün mahnı bazarında mənim müəllifi olduğum nəğmələr üstünlük təşkil edir. Tələbatı hiss edirəm. Mahnılarım da biri-birindən fərqlənir. Ona görə də, məbləği məhsula uyğunlaşdırmışam".
C.Əliyevin fikrinə bəstəkar Faiq Sücəddinovdan münasibət öyrəndik.
"Bəstəkar gənclərə qulaq asmadığı üçün fikir bildirməkdən yayındı. Fikri isə qəti oldu: "Tanımıram, qulaq asmıram, maraqsızdı. Mənə tanıdığım bəstəkarlardan sual verin".
Digər xanım bəstəkar Nailə Mirməmmədli isə mövzuya bu aspektdən yanaşdı:
"Əgər Ceyhun mahnını 5 minə yazırsa, mənim 19 minə mahnı yazmağa yəqin ki, haqqım çatır. Əgər müğənni həmin mahnıdan artıqlaması ilə qazanc götürə bilirsə, məbləğı ödməyə dəyər. Mahnı da o qədər gözəl olmalıdır ki, pul qazandıra bilsin. Mənim üçün gənc yazarların savad almağı bahalı mahnı yazmaqdan daha vacibdir. Əgər istedad yoxdursa, bir-iki melodiya ətrafında fırlanacaqlar, sonrada meydandan yox olacaqlar. 5 min manata mahnı satmaq üçün musiqi savadı olmalıdır. Mən iki ali təhsil almışam, amma bəstəkarlıq üçün yenə də bunu az bilirəm. Təklif edirəm, gəlib dərslərimizdə otursunlar, nə dediyimi o zaman daha dərindən başa düşəcəklər".
Ceyhun Əliyev hər iki bəstəkarın fikri ilə tanış olduqdan sonra münasibət bildirməyi vaclb saydı:
"Əvvəla qeyd edim ki, musiqi təhsili muğam və vokal üzrə almışam. Müəllimlərim Canəli Əkbərov və Teymur Əmrah olub. Nailə xanımın fikrinə hörmətlə yanaşıram. Düzdür, bəstəkarlığı bitirməmişəm. Nailə xanımın böyüklüyünün qarşısında baş əyirəm. Dəvət edir ki, gəlsin daha dərindən öyrənsinlər. Bizi mütaliyəyə səsləyir. Böyük məmnuniyyətlə gedib öyrənərəm".
Gənc mahnı müəllifi Faiq Sücəddinovun barəsində dediklərini təəccüblə qarşıladı.
"Bir xanım gənc musiqiçi haqqında bu cür danışır, amma Faiq müəllim baltalayır. Bəs onda biz gənclər yaşlı nəsildən nəyi öyrənsin? Yaradıcılığımızı bilmək və barəsində danışmaq istəmirsiz. Aqressiv şəkildə yanaşırsız. Amma biz gənclər Faiq Sücəddinovun adın hörmətlə çəkmişik, qarşılığında amma bunu görürük. Bizim öyrənən vaxtımızdı, qol-qanadımızı sındırmaqdansa, düzgün yol göstərsinlər, səhvimizi desinlər ki, biz də gələcəkdə yeni nəsilə doğru olanı aşılayaq".