Qonşuları Nadiri evindən didərgin saldı
Müğənni Nadir Qafarzadə uzun müddət yaşadığı evindən köçüb. Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, sənətçi "5/5" verilişində buna qonşularının səbəb olduğunu bildirib:"Əvvəl Keşlə qəsəbəsində yaşayırdım. Oradakı evim pis vəziyyətdə idi. Sonra Yasamala köçdüm. Qonşular tez-tez qapımı döyür, pul istəyirdilər. Birinə, ikisinə əl tutdum, bəs sonra? Mən bankir deyiləm axı. Başımı götürüb oradan qaçdım. Həmin evimi Nəsimidə olan başqa bir mənzillə dəyişdim".