Murad Arif ikinci dəfə ata oldu
Müğənni-bəstəkar Murad Arif ikinci dəfə ata olub.
Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, qızı dünyaya gələn sənətçi ona Ayla adını qoyub.
M.Arif övladınnın bir neçə ay əvvəl doğulduğunu, bunu gündəmə gətirmək istəmədiyini bildirib:
"Allah bütün balaları saxlasın. Bir neçə ay əvvəl qızımız Ayla doğulub. Şəxsi məsələlərimi ictimailəşdirməyi sevmirəm. Amma indiki dövrdə belə məsələni çox gizlətmək olmur".
Qeyd edək ki, M.Arifin bir oğlan övladı da var.