Əlaqə Arxiv
news Image
2016.02.16
15:15
| A A A
Aparıcıya vəzifə verildi

Aparıcı-aktyor Kamran İsrafilova vəzifə verilib. Movqe.az-ın axşam.az-a istinadən  məlumatına görə, o, Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib. Qeyd edək ki, Kamran İsrafilov Heydər Əliyev Fondunun təçəbbüsü ilə baş tutan  Novruz Bahar Festivalının keçirilməsində, Strasburqda YUNESCO-nun qərargahında Azərbaycan Dövlət Gənclər Simfonik Orkestrinin və Uşaq Xorunun iştirakı ilə "Azərbaycanın xoşməramlı mələkləri" adı altında keçirilən konsertin lentə alınmasında və bir sıra digər tədbirlərin işıqlandırılmasında yaxından iştirak edib. Eyni zamanda İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. O, Arzu Əliyevanın prodüserliyi ilə lentə alınan "Əbədi ezamiyyət" sənədli filmində Ə.Tobçubaşovun obrazını canlandırıb.

Sizin Reklam Yeriniz