Emre Kınay azərbaycanlı müğənniyə heyran qalıb
Türkiyəli ifaçı və aktyor Emre Kınay Bakının qonağı olub. Movqe.az-ın Axşam.az-a istinadən məlumatına görə, bir neçə gün paytaxtımızda qalan sənətçi yerli müğənnilərimizlə maraqlanıb. O, Lətifə Soyuözün səsinə və "Hədəf" klipinə heyran qalıb. L.Soyuöz əməkdaşımızla söhbətində məsələ ilə bağlı açıqlma verib. O, Emre Kınayın pərəstişkarı olduğunu bildirib:"Onun oynadığı seriallardakı, filmlərdəki obrazlara pərəstiş edirəm. Bakıya gələndə onunla şəxsən tanış olmadım. Amma konsertinə getdim və zövq aldım. Mənim mahnılarımı ona qulaq asdırıblar, bütün heyət heyran qalıb. Emre bəydən duet təklifi də gəldi. Görüşüb, ətraflı danışmağa vaxtımız olmayıb. Bəlkə gələcək konsertlərində onla duetimiz ola bilər".