Əlaqə Arxiv
news Image
2016.02.17
17:52
| A A A
"Aynişanın "O səs Türkiyə"dən tez uzaqlaşdırılması..." - əməkdar artist

"İnsanları tənqid etmək olar. Hər bir adam sağlam tənqidə açıqdır. Amma təhqir edib, şəxsiyyətini alçaltmaq olmaz".Movqe.az xəbər verir ki, bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Aybəniz Haşımova deyib. O, sənət adamlarının sosial şəbəkələrdə təhqir edilməsinə qarşı çıxıb:"Düzdür, mən heç vaxt belə təhqirlərlə qarşılaşmamışam. Amma başqalarında eşitmişəm. Vicdansızcasına insanı təhqir etmək olmaz. Bunu pisləyir, belə insanlara da deyirəm ki, günah qazanırsınız".A.Haşımova adına açılan saxta profillərdən də söz açıb:"Son vaxtlar sosial şəbəkələrdən istifadə edirəm. Bu işdə mənə tələbələrim də yardım edir. Bu yaxınlarda adıma saxta profil açılmışdı. Dərhal müraciət edib, bağlatdırdım".Müğənni qızı Aynişan Quliyevanın "O səs Türkiyə" müsabiqəsinə qatılmasına da münasibət bildirib:"Gəncdir, xatirəsində gözəl an kimi qalacaq. Tək qızım yox, ora qatılan bütün gəncləri alqışlamışam. Gözəllik harda varsa, orada gənclər olmalıdır. Qızımın sona kimi gedə bilməməsinə qətiyyən üzülmədim, burada nə var ki...".

Sizin Reklam Yeriniz